Xəbər·20 July 2026

Azərbaycanlı Azərbaycana niyə fransız qalıb?

12 baxış4 dəq oxu

Şəxsi təcrübəm və apardığım müşahidələr mənə belə bir nəticə çıxarmağa imkan verir ki, hansı cəmiyyətlərdə “vətən”, “bayraq”, “torpaq”, “şərəf”, “kişilik” sözləri nə qədər çox istifadə olunursa, həmin cəmiyyətlər bu anlayışların real mahiyyətindən bir o qədər uzaq olur.

Artıq 10 ildən çoxdur ki, müxtəlif Afrika, Asiya və Avropa ölkələrindən olan insanlarla mütəmadi ünsiyyətdə oluram. Bu müddətdə sadaladığım anlayışların insanların dilində və həyatında necə əks olunduğunu müşahidə edirəm.

Məsələn, yoxsul ölkələrdən olan insanların, afrikaların, azərbaycanlıların, ərəblərin və türklərin dilində bu sözləri çox eşitmək mümkündür. Amma həmin dəyərlərin əksinə olan davranışlar həm fərdi səviyyədə, həm də cəmiyyət daxilində kifayət qədərdir.

Digər tərəfdən, bir çox avropalı bu anlayışları tez-tez dilinə gətirməsə də, onların davranışlarında ictimai şüurun mövcud olduğu görünür.

İctimai şüur insanın yalnız öz marağını deyil, yaşadığı cəmiyyətin ümumi marağını da nəzərə almasıdır. İctimai sərvəti şəxsi qazanc naminə mənimsəməmək, korrupsiya və ədalətsizliyə susmamaq düşüncənin əsas göstəriciləridir.

Təəssüf ki, sadaladığım bir çox cəmiyyətlərdə ələlxüsusda mövzumuz azərbaycan cəmiyyətidir və bu yanaşma hələ tam formalaşmayıb. İnsanlar dövlətin özlərinə aid olmadığını fikirləşir. Daha doğrusu bu ideologiyanı onlara yedirdiblər.. Onlar da yeyiblər.

Əsl vətənpərvərlik gündəlik davranışlarda görünür. Məsələn, rüşvət verməməkdə, ictimai əmlaka sahib çıxmaqda, ən əsasda dövlətə sahib çıxmaqda.

Uşaqlıqdan yadımdan çıxmayan bir hadisə var. Bir qohumumun qonşusu Sovetski də şəhərin mərkəzində əsgərlərə ayrılmış ərzaqları satırdı və insanlar bunu adi hal kimi qəbul edib həmin məhsulları alırdılar. Heç kim düşünmürdü ki, bu, hansısa əsgərin haqqıdır. Həmin əsgər kiminsə oğlu, qardaşıdir. Məhz belə hadisələr cəmiyyətin ictimai şüur səviyyəsini göstərir.

Sokrat deyirdi: “Yaxşı cəmiyyət yaxşı insanlardan yaranır.” Bu fikir min illər keçsə də aktuallığını itirməyib. Çünki cəmiyyətin dəyişməsi əvvəlcə insanın daxilindən başlayır.

Əslində artıq bu gün sabah 200 il olacaq ki XIX əsrdə Mirzə Fətəli Axundzadə cəhaləti, geriliyi və köhnə düşüncə tərzini tənqid edirdi. Mirzə Ələkbər Sabir isə XX əsrin əvvəlində satirik əsərləri ilə cəmiyyətin problemlərini açıq şəkildə göstərirdi. Əlbəttə, adını çəkmədiyim yüzlərlə mütəfəkkir də bu yolda müəyyən qədər fikir formalaşdırıb.

Ümumi baxsaq, “Avesta” nəsihətlərindən təxminən 3000 ildən artıq vaxt keçir. Nizami Gəncəvinin əsərlərindən təxminən 900 il, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərindən isə təxminən 800 il keçir.

Amma bütün bu böyük fikir irsinə baxmayaraq, cəmiyyətimizdə hələ də ictimai şüur, əxlaq, mənəviyyat problemi yaşanır. Əliyev hakimiyyətinin qarşısında dili qulağı gözü olmayan meymun kimi dayanır, cəhalət, yaltaqlıq, şəxsi marağın ümumi maraqdan üstün tutulması hələ də görünən problemlərdəndir.

Burada mənim fikirlərim bu nöqtədə haçalanır. Biz avropalılardan fərqli olaraq demokratiyanın nə olduğunu başa düşə bilmiriksə, avropalılar isə orta əsirləri bizim qədər başa düşə bilmir. Çünki biz hal hazırda orta əsrlər dövründə yaşayıriq bəlkədə daha geriyə atıb bizi bu anti milli Əliyev rejimi. Eynşteynin dediyi kimi zaman nisbidir. Azərbaycan xalqı hələ də şah, rəiyyət, ağa, qul, fəodal münasibətlərindən çıxmayıb. Şahın sözü qanundur Bakı da. Saray şairi mövzulari aktualdır demirəm, faktiki bu məsələləri içərisində yaşayıriq. İlham Əliyevin şah üsulu idarəsi azərbaycani nəinki orta əsrlərə hətta qədim dövrlə aparmaqa kifayət edir. Anaxagoras e.ə 5 ci əsrdə Afinada fikirlərinə görə ittiham olundu. İndi isə 40 a yaxın jurnalist 400 siyasi məhbus Əliyev rejimi tərəfindən ittiham və həbs olunub.

Dante Alighieri və Dostları 13 cür əsrin ortalarında Florensiyadan sürgün edildi düşüncəsinə görə, artıq minlərlə, 10 minlərlə Azərbaycanlı vətəndən didərgin olunub azad düşüncələrinə görə.

John Locke 17 ci əsrdə siyasi təzyiqlərə məruz qaldı Bu gün isə 10 milyonluq azərbaycan xalqı təzyiq altındadir, düşünürlər həbs olunur.

İnandırım ki, azərbaycan vətəndaşının hüquqları bizim eradan əvvəlki afina vətəndaş hüquqlarından daha azdır.

Dövlət ilk növbədə insanın daxilində formalaşır. Görünür ki bu azərbaycan vətəndaşında formalaşmayıb və azərbaycanlı azərbaycana fransız qalıb. Sanki bu ölkədə yaşamır. Nə qədər ki biz öz yaşadığımız torpağa laqeyd olacağıq, Əliyevlər hakimiyyəti bizim bütün hüquqlarınızı pozmağa davam edəcək. Sizi düşüncəsizliyinizlə, etirazsız fikirlərinizlə qədim dövrə qaytarıb bir tikə çörəyə möhtac etməkdə davam edəcək. Çünki siz hələ də bu həyat tərzinizlə erkən dövr formalaşmamış insan tipine daha yaxınsınız.

Əgər vətəndaş özünü dövlətin sahibi kimi hiss etmirsə, yaşadığı torpağa, qanuna və cəmiyyətə qarşı məsuliyyət daşımırsa, onda onun heç nəyə haqqı yoxdur, getsin mağarasında yaşasin

Cəmiyyət öz torpağına və haqqına laqeyd qaldıqca, onun hüquqları da zəifləyir. Vətəndaş düşüncəsi formalaşmadan heç bir cəmiyyət həqiqi mənada azad ola bilməz.

Society

Şərhlər (0)

You must be logged in to leave a comment.

Be the first to comment.