Xəbər·01 July 2026

Yaltaqlıq və Qorxu Üzərində Qurulan Hakimiyyət Davamlı Ola Bilməz

3 baxış2 dəq oxu
Yaltaqlıq və Qorxu Üzərində Qurulan Hakimiyyət Davamlı Ola Bilməz

“Zülmün olduğu yerdə səssizlik də cinayətdir.” — Jean-Paul Sartre Tarix boyu avtoritar hakimiyyətlər özlərini yalnız polis, həbs və repressiya ilə deyil, həm də yaltaq və şəxsiyyətsiz kütlələrlə qorumağa çalışıblar. Repressiya anti Demokratik yol ilə seçilmiş İlham Əliyev , özünə, tarixinə və kimliyinə hörmət etməyən çirkin bir dəstəni hara gedirsə qarşısına çıxarır. Onların işi alqışlamaq, yaltaqlanmaq və saxta sevgi nümayiş etdirməkdir. Çünki diktatura rejimlərinin ayaqda qalması üçün məhz belə insanlar lazımdır. Ilham Aliyev də çox yaxşı bilir ki, onun qarşısına çıxarılan insanlar xalqın ləyaqətli hissəsini təmsil etmir. Onlar həmin kəndin, elin, obanın ən şəxsiyyətdən yoxsul insanları olur. Çünki azad düşüncəli və vicdanlı insan heç vaxt İlham kimi şəxsin qarşısında kor-koranə itaət nümayiş etdirməz. Friedrich Nietzsche yazırdı: “Qulların ən təhlükəlisi öz zəncirini sevəndir.” Bu sözlər bu gün bizim cəmiyyətin faciəsini təsvir edir. Çünki bəzi insanlar azadlıq uğrunda mübarizə aparmaq əvəzinə, onlara hökm edən sistemin bir parçasına çevrilirlər. Kimi vəzifə üçün, kimi pul üçün, kimi də qorxduğu üçün susur və yaltaqlanır. Tarixdə bunun nümunələri çoxdur. 1937-ci il Stalin repressiyaları zamanı minlərlə insan yalnız diktatoru alqışlamaq üçün meydanlara çıxarılırdı. Eyni sistem sonra həmin insanların özünü də məhv etdi. Bu gün Əliyev rejimi kimlikləri əzmək üçün əvvəlcə yaltaq kadrlar yetişdirir, sonra isə toplumların yaddaşını dəyişməyə çalışır onlara yaltaqlıq itaət aşılayır. Stalinist Represiyası bunun ən qanlı nümunələrindən biri idi. Sovet dönəmində də öz xalqının milli iradəsini satan, azadlıq ideallarına qarşı çıxan insanlar vardı. Aliheydar Garayev kimi fiqurlar milli mübarizəyə qarşı çıxaraq işğalçı sistemin yanında yer aldılar. Bu gün də eyni düşüncə davam edir: hakimiyyətə sədaqət xalqın marağından üstün tutulur. Halbuki Mammad Amin Rasulzade deyirdi: “Bir kərə yüksələn bayraq bir daha enməz.” Bu fikir yalnız dövlət bayrağı haqqında deyil, insan ləyaqəti haqqındadır. Çünki ləyaqətini qoruyan xalq gec-tez qorxu sistemini aşır. Hünər yaltaq və şəxsiyyətsiz bir kütlənin prezidenti olmaq deyil. Hünər demokratik prinsiplərə sadiq, azad və ləyaqətli bir cəmiyyətin etimadını qazanmaqdır.

Şərhlər (0)