Xəbər·01 July 2026

Azərbaycanda Paraşütçülərə Qarşı Təzyiqlər: Təhlükəsizlik, Yoxsa Azadlıqların Məhdudlaşdırılması?

5 baxış2 dəq oxu

Son günlər əldə etdiyim məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda fəaliyyət göstərən paraşüt idmanı ilə məşğul olan şəxslərin böyük əksəriyyətini — həm Bakıda, həm də müxtəlif rayonlarda — yerli idarələrə çağırır. Onlardan bir daha uçuş etməyəcəklərinə dair izahatlar alındığı, bəzi hallarda isə bu prosesin video qeydlərlə rəsmiləşdirildiyi bildirilir. Hətta bəzi idmançıların paraşüt avadanlıqlarını müsadirə etdikləridə aldığım məlumatlar arasındadır.

Bəzi hallarda paraşütçülərə qarşı sərt və hədələyici üslubda ifadələrin işlədildiyi də paraşütçular tərəfindən bildirilir, məsələn, “bura sənin üçün polis deyil, başını qaldır gör hardasan” kimi ifadələr. Deyəsən bu söz DTX nın devizidi, çünki mənim özümədə dəfələrlə bu söz deyilib)).

Niyə sualı soruşan paraşütculara bunun izahı kimi İran–Azərbaycan sərhədində Biləsuvar istiqamətində narkotik vasitələrin daşınmasında motorlu paraşütlərdən (paraplan) istifadə edildiyi bildirilib.

Lakin burada sual çıxır ortaya: əgər hər hansı bir şəxs narkotik vasitəni piyada, avtomobillə və ya başqa hər hansı vasitə ilə daşıyırsa, bu o deməkdirmi ki, həmin vasitələrin hamısı qadağan olunmalıdır?)) Karona virusunun davam etməsi kimi absurd qərarları və karantin uzadılmasını gördükcə bunlar artıq təəccüb doğurmur.

Əgər doğrudan da əsas problem narkotik qaçaqmalçılığıdırsa, məsuliyyət yalnız qanunu pozan şəxslərin üzərində olmalıdır — bütöv bir idman icmasının üzərində deyil

DTX nın belə bir nəticəyə necə gəldiyi həqiqətən sual doğurur, vətəndaş onsuz da azadlıqlarını yerdə itirib, qoyun heç olmasa göydə rahat uçsun. Həqiqətən 21 ci əsrin ortalarında belə idarə üsulunu və təhdid formalarını ancaq Azərbaycan kimi diktator rejimlərdə görmək mümkündür.

Son nəticədə isə sual vermək istərdim həqiqətən məqsədiniz nədir ?

Politics

Şərhlər (0)

You must be logged in to leave a comment.

Be the first to comment.