Xəbər·01 July 2026

Azərbaycanda Müstəqil Medianın Susdurulması

4 baxış2 dəq oxu

Bir neçə gün öncə Hürriyyət TV nin saytına edilən hücumdan yazmışdım. Hökümət daha də irəli gedərək 35 il fəaliyyətdə olan daha bir müstəqil qəzeti bağladı. Əvvəlcə Hürriyyət qəzetinin , Turan.info saytının in redaksiyasına və Azərbaycan Demokratik Partiyası gənclər sədri ofisinə DTX tərəfindən basqın baş redaktor Vüqar Məmmədovun absurd ittihamlarla şərlənərək tutulması baş verdi. Sonradan bu saytlara olunan kiber hücumlar xəbərlərin silinməsi təhrif olunması (qeyd edim ki bunlar yeni hal deyil) saytın gecələr açılıb səhərlər bağlı olması və sairə məqamlar. Franz kafka yazırdı “Təqsir sübuta yetirilmirdi, sadəcə elan edilirdi.” Son illərdə Azərbaycanda başqa media qurumlarının da fəaliyyətinin məhdudlaşdırılması ,bağlanması təqsirlərinin sübutsuz elan edilməsi nümunələri mövcuddur. Bu da ölkədə media azadlığı ilə bağlı mövcud təzyiqlərin davam etdiyini göstərir. Qəzetlərin bağlanması, jurnalistlərin həbsi, redaksiyalara basqınlar, arxivlərin və texnikanın müsadirəsi — bütün bunlar XX əsrin ən qaranlıq səhifələrini xatırladır. Bu, tək bir qəzetin hekayəsi deyil. Bu, Azərbaycanda müstəqil medianın kollektiv edamıdır. Hökumətin repressiya maşının tam sürətlə üstümüzə gəldiyini və heç bir beynəlxalq hüquq normativlərinə və söz azadlığına hörmət etmədiyini əlinə hərf fürsət düşdükcə dalda qalan namərddir deyib qaza-bastlığını görürük. Bu, planlı repressiya mexanizminin növbəti mərhələsi, sistemli bir susdurma siyasətidir. Sokrat “Danışmaq qadağandırsa, düşünmək də təhlükəli olur.” deyir. Azərbaycan xalqı başa düşməlidir ki bu hücum yalnız jurnalistlərə deyil onların düşüncələrinə olan hücumdur. Hürriyyət”in bağlanması bir qəzetin sonu deyil. Bu, rejimin öz tarixində açdığı daha bir qara səhifədir. Əliyev rejimi və onun maşınındakılar bilməlidir ki repressiya maşındakı benzin bir yerdə bitəcək və hətta tükənmək üzrədir. Hakimiyyət özünü toxunulmaz saya bilər, amma beynəlxalq hüquq uzunömürlüdür. Bu gün törədilən hər bir repressiya sabah cavab tələb edəcək.

Politics

Şərhlər (0)

You must be logged in to leave a comment.

Be the first to comment.